BAKI, 9 mart. TELEQRAF

“Biz turnir cədvəlinə, ümumiyyətlə, heç nəyə fikir vermirik. Sadəcə qarşıdakı oyunlara hazırlaşırıq. Hər şey sonda bilinəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bildirib:

“Oyunçularım bu qələbəni haqq etdilər. Biz oyundan-oyuna hazırlaşırıq. Bizim üçün Kubok da, çempionat da eyni əhəmiyyəti daşıyır”.

Qeyd edək ki, “Turan Tovuz” hazırda 44 xalla turnir cədvəlinin 3-cü pilləsondə qərarlaşıb.