BAKI, 9 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIII turunun növbəti oyunu “Zirə” və “Kəpəz” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinjn stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.

Baş hakim Kamal Umudlunun idarə etdiyi matçda “qartallar”dan Eren Aydınla (5-ci dəqiqə) Ruan Renato (90+7), Gəncə təmsilçisindən isə Rauf Hüseynli (32) ilə Dioqu Verdaska (51) fərqləniblər.

Bununla da “Kəpəz” xallarının sayını 17-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. “Zirə” 39 xalla dördüncüdür.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Palm Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:30-də start götürəcək.