BAKI, 9 mart. TELEQRAF

“Barselona”nın prezidentliyinə namizəd Xuan Laporta komandanın sabiq futbolçusu Lionel Messi üçün abidə ucaldılacağını təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Mundo Deportivo nəşrinə müsahibəsində danışıb.

Laporta bildirib ki, stadion tam hazır olduqdan sonra Messinin şərəfinə vida matçı keçirmək istəyirlər.

Qeyd edək ki, Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib. Ulduz futbolçu 2023-cü ildən etibarən “İnter Mayami”nin formasını geyinir.