BAKI, 6 mart. TELEQRAF
UEFA “Real Madrid”i 15 min avro məbləğində cərimələyib.
Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb azarkeşlərdən birinin “Benfika” ilə fevralın 25-də keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (2:1) nasist salamı verməsi olub.
Bundan əlavə Komitə “kral klubu”nun növbəti avrokubok ev oyununda “Santyaqo Bernabeu” stadionunun bir hissəsinin bağlanmasına qərar verib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid” İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşacaq.