BAKI, 6 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının "Ən-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu zədədən sonra bərpa olunmaq üçün İspaniyaya yollanıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun baş məşqçisi Jorje Jezus mətbuat konfransında açıqlama verib
Mütəxəssis bildirib ki, Kriştianu zədədən sonra müalicə alan digər futbolçular kimi İspaniyaya gedib. Onun zədəsi Madriddə şəxsi terapevti tərəfindən müalicə tələb edir.
Daha əvvəl Ronaldunun Yaxın Şərqdəki silahlı münaqişə fonunda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdiyi barədə şayiələr yayılmışdı. Lakin sonradan tanınmış insayder Fabritsio Romano bu məlumatı təkzib edib.
Qeyd edək ki, Portuqaliyalı millisinin üzvü Səudiyyə Ərəbistanı çempionatının XIV turu çərçivəsində “Əl-Feyha” ilə keçirilən (3:1) matçda ayağından zədələnib. .Onun 4 həfətəyə qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.