BAKI, 6 mart. TELEQRAF

“Barselona” danimarkalı futbolçusu Andreas Kristensenlə müqaviləni uzada bilər.

Teleqraf "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 29 yaşlı müdafiəçiyə 2 illik yeni müqavilə təklif edib.

Lakin təklif olunan şərtlərə əsasən, oyunçunun maaşı hazırkı müqaviləsi ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldılacaq.

"Barselona"da qalmaq niyyətində olan Kristensen digər variantları da nəzərdən keçirir. Hazırda zədəli olan müdafiəçinin may ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ildə "Çelsi"dən "Barselona"ya transfer olunub.