BAKI, 6 mart. TELEQRAF
“Barselona”nın və İspaniya yığmasının sabiq futbolçusu Andres İnyesta Mərakeş millisinin idman direktoru ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar gedir, lakin hələlik təyinatla bağlı rəsmi qərar verilməyib.
İnyestanın təyinatından sonra Mərakeş Futbol Federasiyasının rəhbərliyi komandanın baş məşqçi postuna onun “Barselona”dakı sabiq komanda yoldaşı və İspaniya millisindəki tərəfdaşı Xavini dəvət etmək istəyir.