BAKI, 5 mart. TELEQRAF

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda Macarıstan - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı portuqaliyadan hakim Filipa Pereyra Kunya idarə edəcək.
Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alvesə həvalə olunub.

Qeyd edək ki, görüş martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı "Panço Arena"da keçiriləcək.