BAKI, 26 fevral. TELEQRAF

İspaniyanın "Barselona" klubu futbolçusu Mark Kasado ilə müqaviləni yeniləməyə yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər arasında müddəti 2030-cu ilinə qədər olan sözləşmə tam razılaşdırılıb.

22 yaşlı ispaniyalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Bu mövsüm baş məşqçi Hansi Flikin rəhbərliyi altında əsas heyətdəki yerini itirməsinə baxmayaraq, alman mütəxəssis Kasadonu gələcək layihəsinin əsas fiqurlarından biri kimi görür.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.