BAKI, 22 fevral. TELEQRAF

Braziliya Futbol Konfederasiyası yığmanın baş məşqçisi Karlo Ançelotti ilə dörd illik yeni müqavilə imzalamağı planlaşdırır.

Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən 67 yaşlı mütəxəssisin illik maaşı təxminən 40 milyon avro olacaq.

Bu onu milli komandalar arasında ən yüksək maaşlı məşqçi edə bilər.

Hazırkı müqaviləyə 2026-cı il dünya çempionatında Braziliya millisinin qalib gəlməsi halında 5 milyon avro məbləğində bonus da daxildir.

Qeyd edək ki, Ançelotti ötən ilin may ayından Braziliya millisinin baş məşqçisidir. Bu müddət ərzində 8 oyuna çıxan yığma komanda onun rəhbərliyi altında 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət yaşayıb.