BAKI, 18 fevral. TELEQRAF
İtaliyanın “Yuventus” klubu XXI əsrdə ən uğursuz seriyasına imza atıb.
Teleqraf “Sofascore Football”a istinadən xəbər verir ki, Turin təmsilçisi bu nəticə ilə Çempionlar Liqasının 2025/26 mövsümünün pley-off mərhələsinin ilk oyununda “Qalatasaray”a 2:5 hesabı ilə məğlub olduqdan sonra üzləşib.
Luçano Spallettinin komandası əvvəlki üç görüşdə “İnter”ə (2:3) və “Atalanta”ya (0:3) uduzub, “Latsio” ilə isə 2:2 hesablı heç-heçə edib. Son dörd qarşılaşmada “Yuventus” ümumilikdə 13 qol buraxıb.
Qeyd edək ki, Luçano Spalletti 2025-ci ilin oktyabrından “Yuventus”un baş məşqçisidir.