BAKI, 18 fevral. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Junior Çempionlar Liqasındakı ümumi qol sayını 31-ə çatdırıb.
Teleqraf xəbər verir ki, braziliyalı hücumçu buna pley-off mərhələsində “Benfika”ya qarşı keçirilən ilk oyunun 50-ci dəqiqəsində fərqlənməklə nail olub.
Bununla da Vinisius Çempionlar Liqası tarixində braziliyalı futbolçular arasında ən çox qol vuranlar siyahısında ikinci pilləyə yüksəlib. O, 30 qolu olan Kakanı geridə qoyub.
Vinisius yalnız 43 qolla lider olan Neymarı qabaqlaya bilməyib.