BAKI, 16 fevral. TELEQRAF
“Mançester Siti” “Nottingem Forest” klubunun futbolçusu Morqan Gibbs-Uaytı transfer edə bilər.
Teleqraf Football Insider portalına istinadən xəbər verir ki, “şəhərlilər” 26 yaşlı yarımmüdafiəçini yayda komandanı tərk etməsi gözlənilən Bernardo Silvanın potensial əvəzləyicisi kimi görür.
Transferin dəyəri 70 milyon avro ola bilər. Daha əvvəl futbolçu ilə “Aston Villa” klubunun da maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, Gibbs-Uayt cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.