BAKI, 16 fevral. TELEQRAF
Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” Almaniyanın “Borussiya Dortmund” klubunun qvineyalı futbolçusu Seru Girassini heyətinə qata bilər.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” 29 yaşlı forvardı mövsümün sonunda transfer etməyi planlaşdırır.
Girassinin müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi var. Eyni zamanda, oyunçu Avropanın bir çox klubunun diqqət mərkəzindədir.
Qeyd edək ki, Seru Girassi cari mövsüm “Borussiya Dortmund”un heyətində 32 oyunda meydana çıxıb, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.