BAKI, 15 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XX turunda “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüşdə yeganə qolu 45+5-ci dəqiqədə “qırmızı-ağlar”ın futbolçusu Roman Maçado vurub.

Bu nəticədən sonra Andrey Demçenkonun komandası 30 xalla turnir cədvəlinin 6-cı pilləsində, Saşa İliçin kollektivi isə eyni xalla 5-ci pilləsində yer alır.

Qeyd edək ki, günün daha öncə baş tutan qarşılaşmasında “Neftçi” səfərdə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. Tura fevralın 16-da yekun vurulacaq.