BAKI, 13 fevral. TELEQRAF

İspaniya Kubokunun ilk yarımfinal matçında "Atletiko Madrid" öz meydanında “Barselona"nı 4:0 hesabı ilə darmadağın edib.

Teleqraf xəbər verir ki, bu nəticə Hans-Diter Flikin "Barselona"dakı ən böyük hesablı məğlubiyyəti kimi tarixə düşüb.

Almaniyalı mütəxəssisin rəhbərliyi altında komanda daha əvvəl "Çelsi"yə 0:3, "Sevilya"ya isə 1:4 hesabı ilə uduzmuşdu.

Eyni zamanda, bu, Flikin baş məşqçi karyerasında 2005-ci ildən bəri (o vaxt "Hoffenhaym" "Offenbax"a 2:6 hesabı ilə uduzmuşdu) aldığı ən ağır məğlubiyyətdir.

Qeyd edək ki, “Barselona” və “Atletiko Madrid” arasında cavab oyunu martın 3-də keçiriləcək.