BAKI, 12 fevral. TELEQRAF

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ukrayna skeletonçusu Vladislav Geraskeviçi 2026-cı il Qış Olimpiya Oyunlarından diskvalifikasiya edib.

Teleqraf xəbər verir ki, buna səbəb idmançının Olimpiya Xartiyasına zidd olan dəbilqədən istifadə etməsi olub.

Belə ki, idmançı üzərində 20-dən çox həlak olmuş ukraynalı idmançının, o cümlədən uşaqların təsvir olunduğu “xatirə dəbilqəsi” ilə yarışmaq istəyib. BOK isə ukraynalı idmançıya bunu qadağan edib.

Daha sonra Vladislav Geraskeviç BOK-u ikili standartlarda ittiham edib. O, italiyalı snoubordçunun dəbilqəsində Rusiya bayrağı ilə yarışmasına icazə verildiyini xatırladıb. Halbuki, 2026-cı il Oyunlarında təcavüzkar ölkənin simvolikasının istifadəsi qadağandır.

BOK həlak olmuş idmançıların xatirəsini yarışlar zamanı qara lent taxmaqla anmağı təklif edib. Eyni zamanda “xatirə dəbilqəsinin” startdan əvvəl və finişdən sonra, eləcə də media ilə ünsiyyət zamanı miks-zonada nümayiş etdirilməsi variantı irəli sürülüb.

Lakin Vladislav Geraskeviç BOK nümayəndələrinin bu təklifləri ilə razılaşmayıb və qurumu fu