BAKI, 12 fevral. TELEQRAF
İngiltərə milli komandası baş məşqçisi Tomas Tuxelin müqaviləni uzadıb.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
52 yaşlı mütəxəssisin hazırkı müqaviləsi dünya çempionatından sonra başa çatmalı idi.
Tuxel bir müddət əvvəl “Mançester Yunayted” tərəfindən də namizəd kimi nəzərdən keçirilmiş, lakin baş məşqçi İngiltərə millisində qalmağa qərar verib.
Qeyd edək ki, Tuxel 2025-ci il yanvarın 1-dən milli komandaya rəhbərlik edir. Yığma 2026-cı il dünya çempionatının seçmə mərhələsində qrupunda birinci yeri tutub və heç bir qol buraxmayıb.