BAKI, 12 fevral. TELEQRAF
İngiltərənin “Nottingem Forest” klubu cari mövsüm ərzində üçüncü baş məşqçisi Şon Dayçı istefaya göndərib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb komandanın ardıcıl üç Premyer Liqa matçında qələbə qazana bilməməsi olub.
Mövsümə Nunu Santu ilə başlayan “Nottingem” daha sonra Ange Postekoqlunu baş məşqçi təyin etmiş, onu isə 2025-ci ilin oktyabrında Şon Dayç əvəzləmişdi.
Qeyd edək ki, Dayçın rəhbərliyi altında “Nottingem Forest” Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlib. Bu mərhələdə komanda fevralın 19 və 26-da Türkiyə təmsilçisi "Fənərbağça" ilə qarşılacaq.