BAKI, 12 fevral. TELEQRAF

“İnter Mayami” Puerto-Rikoda “İndependyente del Valye” ilə keçiriləcək yoldaşlıq oyununu təxirə salıb.

Teleqraf klubun rəsmi saytına istinadın xəbər verir ki, qərarın səbəbi komandanın hücumçusu Lionel Messinin Ekvadorun “Barselona” klubu ilə oyunda zədələnməsidir.

“Təəssüf ki, son oyunda əzələmində gərginlik hiss etdim. Buna baxmayaraq, sizinlə görüşü çox gözləyirdik. Ona görə də klubla birlikdə Puerto-Rikoya gedib oynaya bilmək üçün alternativ tarix tapmaq üzərində çalışdıq. Bilirik ki, ‘İnter Mayami’nin oyununu gözləyəndə sizdə böyük həyəcan və maraq yaranır. Ümid edirik ki, bu qarşılaşma yaxın zamanda baş tutacaq”, – deyə Messinin sözlərini klubun mətbuat xidməti sitat gətirib.

Qeyd edək ki, fevralın 14-də keçirilməli olan qarşılaşma 26-dək təxirə salınıb.