BAKI, 12 fevral. TELEQRAF

“Real Madrid” “Borussiya Dortmund” və Almaniya millisinin futbolçusu Niko Şlotterbeki heyətinə qata bilər.

Teleqraf “Bild”ə istinadən xəbər verir ki, Madrid klubu 27 yaşlı müdafiəçini 40–50 milyon avroya transfer edə bilər.

“Real”ın marağı fonunda Şlotterbek 2027-ci ildə başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı “arılar”la danışıqları müvəqqəti dayandırıb. Niko mart ayında “Borussiya” rəhbərliyinə yekun qərarını bildirəcək.

Qeyd edək ki, Niko Şlotterbek 2022-ci ildən “Borissiya Dortmund”un şərəfini qoruyur.