BAKI, 11 fevral. TELEQRAF

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 12500 manat cərimə edib.

Teleqraf xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Kurban Berdıyevin Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü çərçivəsində fevralın 5-də “Kəpəz”lə oyununda hakimi itələməsi olub.

Mütəxəssisin 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması qərarı verilib. Həmçinin, oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza və komandası 2500 manat cərimə edilib.

Bizon Azərbaycan Kubokunda ¼ finalında baş tutan "Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” komandasına xəbərdarlıq olunub.