BAKI, 11 fevral. TELEQRAF
İranda baş verən etiraz aksiyaları zamanı 27 yaşlı "Real Madrid" azarkeşi Mehrdad Moştaqi təhlükəsizlik qüvvələri tərəfindən başından aldığı güllə yarası ilə həyatını itirib.
Teleqraf xəbər verir ki, gənc azarkeşi xüsusi edən və hər kəsi duyğulandıran məqam isə onun məzar daşıdır.
Mehrdadın ailəsi onun kluba olan sonsuz sevgisini simvolizə etmək üçün məzar daşının üzərinə "Real Madrid"in loqosunu həkk etdirib.
Mehrdadın qardaşının açıqlaması isə belə olub:
"Mehrdadın ən böyük arzusu bir gün stadionda "Real Madrid"in oyununu canlı izləmək idi. İndi bu arzu reallaşmadı, o arzu onun məzar daşına həkk olundu".
Qeyd edək ki, İrandakı etiraz aksiyaları zaman minlərlə şəxs ölüb.