BAKI, 11 fevral. TELEQRAF

Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” Domeniko Tedesko ilə bağlı qərar verib.

Teleqraf “Sabah” nəşrinə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” mövsümün sonunda italiyalı mütəxəssislə müqavilənin uzadılması üçün hazırlıqlara başlayıb.

Hazırda 2027-ci ilin iyununda başa çatacaq sözləşməsi olan və klubdan illik 4 milyon avro qazanan 40 yaşlı baş məşqçiyə eyni məbləğ qarşılığında 3 illik yeni müqavilə təklif olunması planlaşdırılır.

Qeyd edək ki, Domeniko Tedesko ötən ilin yayından Superliqa təmsilçisini çalışdırır. Hazırda “Fənərbağça” 21 turdan sonra 49 xalla turnir cədvəlinində lider olan “Qalatasaray”dan 3 xal geri qalır.