BAKI, 10 fevral. TELEQRAF
“Turan Tovuz” yeni keçidini reallaşdırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moskva “Lokomotiv”inə məxsus olan Mark Rene Mampassi icarə əsasında mövsümün sonunadək Qərb təmsilçisinin şərəfini qoruyacaq.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.