BAKI, 9 fevral. TELEQRAF

“Nyukasl”ın futbolçusu Sandro Tonali karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

“Qırmızı-şeytanlar” yarımmüdafiəçini yayda komandadan ayrılması gözlənilən Kazemironun əvəzedicisi kimi nəzərdən keçiririr.

Qeyd olunur ki, “Nyukasl” Sandro Tonalinin transferi üçün təxminən 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) tələb edə bilər.