BAKI, 7 fevral. TELEQRAF
Kriştianu Ronaldunun “Əl-Nəsr”dəki transfer siyasətinə etiraz olaraq başlatdığı boykot Səudiyyə Pro Liqası üçün ağır maliyyə və imic itkilərinə səbəb olmağa başlayıb.
Teleqraf “Speedline”a istinadən xəbər verir ki, dünyanın ən böyük yayımçılarından biri olan “FOX Sports” liqa ilə əməkdaşlığı dayandıran ilk beynəlxalq media nəhəngi olub.
Məlumata görə, Ronaldunun oyunlarda iştirakdan imtina etməsi və yayda komandanı tərk edəcəyi barədə xəbərlər fonunda liqanın qlobal media və kommersiya layihələri üzrə itkiləri artıq 2,4 milyard dollara çatıb.
Hazırda “Əl-Nəsr” rəhbərliyi Ronaldunu komandaya qaytarmağa çalışsa da, ulduz futbolçunun yayda Avropaya və ya ABŞ-yə köçmək variantlarını dəyərləndirdiyi iddia edilir.