BAKI, 6 fevral. TELEQRAF

Məşhur kolumbiyalı futbolçu Xames Rodriqes karyerasını ABŞ-nin “Minnesota Yunayted” klubunda davam etdirəcək.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi ilə anlaşmağa yaxındır.

Bildirilir ki, Rodriqesin müqaviləsi 2026-cı il Dünya Çempionatında (DÇ-2026) qədər etibarlı olacaq. Futbolçu Kolumbiya Milli Komandası ilə DÇ-2026-da iştirak etmək üçün formasını qorumaq niyyətindədir.

Qeyd edək ki, Xames Rodriqes karyerası boyunca “Portu”, “Monako”, “Real Madrid”, “Bavariya”, “Everton”, “Olimpiakos”, “Sau Paulu” və son olaraq “Leon” klublarında çıxış edib. O, oynadığı komandalarla ümumilikdə 516 matça çıxaraq 127 qol vurub və 161 məhsuldar ötürmə ilə yadda qalıb.