BAKI, 6 fevral. TELEQRAF

“İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi “Barselona”nın prezident seçkiləri prosesində iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, argentinalı futbolçu hazırda bu prosesə qoşulmaq niyyətində deyil. Onun məqsədi seçkilərdən tam kənarda qalmaq və heç bir namizədin tərəfini saxlamamaqdır.

Klubun hazırkı prezidenti Joan Laporta ilə münasibətləri gərgin olsa da, Messi bu seçki kampaniyasında heç kimi açıq şəkildə dəstəkləməyəcək. O, 2026-cı ildə keçiriləcək Dünya çempionatı (DÇ) başa çatdıqdan sonra “Barselona”ya mümkün qayıdışı barədə düşünməyə başlayacaq.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri martın 15-də keçiriləcək. Joan Laporta yenidən namizəd olmaq üçün gələn həftə vəzifəsindən istefa edəcək və hazırda seçkilərin əsas favoriti hesab olunur. İndiyədək namizədliyini irəli sürmək niyyətini açıqlayan üç əsas namizəd var: əvvəlki seçkilərdə ikinci olan və Laportanın əsas rəqibi Viktor Font, Xavi Vilajoana və Mark Siria.