BAKI, 5 fevral. TELEQRAF
“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz komanda yoldaşının həyatını xilas edərək diqqətləri üzərinə çəkib.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kubok oyununda “İstanbulspor”la matçın 46-cı dəqiqəsində baş verib.
Belə ki, “sarı-qırmızılar”ın oyunçusu Əhməd Kutucu ilə qonaqların qapıçısı İsa Doğan hava topunda baş-başa toqquşub. Güclü zərbənin təsiri ilə hər iki futbolçu nəzarətsiz şəkildə yerə yıxılıb.
Toqquşma nəticəsində başını vuraraq yerə düşən və dili boğazına keçən Kutucuya Barış Alper Yılmaz vaxtında müdaxilə edib və onun həyatını qurtarıb.
Daha sonra tibbi personal dərhal meydana daxil olub. Ahmed Kutucu ayağa qalxaraq geyinob-soyunma otağına yollansa da, İsa Doğan təcili yardım maşını ilə birbaşa xəstəxanaya aparılıb.
Qeyd edək ki, görüş “Qalatasaray”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.