BAKI, 5 fevral. TELEQRAF

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Kaleta-Kara tarixi penalti icra edib.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, bu, “Alaves”i 3:2 hesabı ilə məğlub etdikləri matçın 66-cı dəqiqəsində baş verib.

Belə ki, xorvatiyalı müdafiəçi rəqib hücumçu Toni Martinezlə top mübarizəsi zamanı onu tutaraq köynəyini başına keçirib. Bununla da onun görmə qabiliyyətini əngəlləyib.

Baş hakim ilk anda penaltini təyin etməsə də, VAR-a baxışdan sonra qərarını dəyişib və penalti göstərilib. Lakin həmin zərbəni qapıçı Remiro xilas edib.

İspaniyada bu penalti Kral Kubokunun 123 ilində, La Liqanın isə təxminən 100 ilində görünməmiş bir penalti kimi şərh edilib.