BAKI, 4 fevral. TELEQRAF
“Arsenal” 8 ildən sonra İngiltərə Liqa Kubokunun finalına yüksəlib.
Teleqraf xəbər verir ki, London təmsilçisi buna turnirin yarımfinal mərhələsində “Çelsi”ni mübarizədən kənarlaşdıraraq nail olub (4:2).
Beləliklə, "topçular" 2018-ci ildən sonra ilk dəfə turnirin finalında iştirak edəcək. Həmin vaxt "Arsenal" həlledici oyunda “Mançester Siti”yə 0:3 hesabı ilə uduzmuşdular.
Qeyd edək ki, “Arsenal” Liqa Kubokundakı son titulunu 1993-cü ildə qazanıb. Klub bu turnirdə ümumilikdə iki dəfə - 1987 və 1993-cü illərdə qalib olub.