BAKI, 3 fevral. TELEQRAF

Yunanıstan təmsilçisi PAOK-un futbolçusu Fedor Çalov karyerasını Türkiyənin “Kayserispor” klubunda davam etdirə bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 27 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqlar aparırlar.

Qeyd edək ki, Çalov cari mövsümdə PAOK-un heyətində 24 oyuna çıxıb və 3 qol vurub.