BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVII turunda “İmişli” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda qolları Luis Silvestr (5), Dieqo Almeyda ( 84); Şarl Boli (14), Roman Maçado (90+1) vurublar.

Bu nəticədən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk rəsmi oyuna çıxan ukraynalı mütəxəssis Andrey Demçenkonun kollektivi 27 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Jorj Kaşkilyanın komandası isə 18 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” və “Zirə” komandaları üz-üzə gələcək. “Palms Sport Arena”da keçiriləcək görüş saat 19:00-da start götürəcək.