BAKI, 22 yanvar. TELEQRAF
Məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov keçmiş çempion, braziliyalı Glover Teyşeyra ilə məşq edib.
Teleqraf xəbər verir ki, 38 yaşlı idmançı sosial şəbəkə hesabında məşqdən video paylaşıb.
Nurməhəmmədov yüngül çəkidə çıxış etməsinə baxmayaraq, yarım ağır çəkidə mübarizə aparan Teyşeyra ilə sparrinqi diqqət çəkib
Qeyd edək ki, Həbib Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və 29 qələbə qazanıb. Glover Teyşeyra isə 42 döyüşdə 33 qələbəyə sahibdir. Hazırda hər iki oktagon əfsanəsi məşqçilik fəaliyyəti ilə məşğuldur.