BAKI, 22 yanvar. TELEQRAF

Nazirlər Kabineti “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.

Qərar “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 14 iyul tarixli qanunun icrasını təmin etmək məqsədilə qəbul edilib.