BAKI, 22 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycandan 1 milyon 895.68 min ABŞ dollar dəyərində dənli bitkilər ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,6 dəfə çoxdur.
Hesabat dövründə ölkəyə 356 milyon 539.91 min manatlıq dənli bitki növləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalma deməkdir.
Qeyd edək ki, ötən il dənli bitkilərin ixracı ümumi ixracın 0,01%-ni, idxal isə ümumi idxalın 1.46%-ni təşkil edib.