BAKI, 17 dekabr. TELEQRAF
Məğlubedilməz amerikalı boksçu Terens Krouford karyerasını bitirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə keçmiş yarımorta çəki dərəcəsinin dünya çempionu sosial şəbəkə hesabında məlumat yayıb.
"Təqaüdə çıxmağım əladır, sübut edəcəyim heç nə qalmayıb", - deyə 38 yaşlı idmançı yazıb.
Qeyd edək ki, Terens Krouford tarixdə iki çəki dərəcəsində dörd böyük titul qazanan və üç çəki dərəcəsində çempion olan ilk boksçudur.