BAKI, 22 yanvar. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki yeni müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar İ.Qarafuliçin Azərbaycanda müvəqqəti rezident əlaqələndiricisi kimi fəaliyyətinin ilk günlərində baş tutub və nəzakət görüşü xarakteri daşıyıb:

"BMT-nin Azərbaycandakı bütün komandası "WUF13Azerbaijan" və digər mühüm hadisələr ərəfəsində Azərbaycan hökumətinə və xalqına birgə dəstək göstərməyə hazırdır".