BAKI, 22 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” klubunun vingeri Vinisius Junior layiq görülüb.

Braziliyalı oyunçu Fransanın “Monako” komandasına 6:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vinisius Junior səsvermədə Robert Navarro (“Atletik Bilbao”, İspaniya), Fermin Lopes (“Barselona”, İspaniya) və Luis Suaresi (“Sportinq”, Portuqaliya) qabaqlayıb.

***

09:20

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu ada Vinisius Junior (“Real Madrid”, İspaniya), Robert Navarro (“Atletik Bilbao”, İspaniya), Fermin Lopes (“Barselona”, İspaniya) və Luis Suares (“Sportinq”, Portuqaliya) iddia edirlər.

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bilinəcək.