BAKI, 22 yanvar. TELEQRAF

Azərbaycanın futzal hakimi Hikmət Qafarlı növbəti təyinatını alıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Ukrayna oyununda taymkiper hakimi kimi fəaliyyət göstərəcək.

Litvada təşkil olunacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.