BAKI, 21 yanvar. TELEQRAF
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun heykəli vandalizmə məruz qalıb.
Teleqraf xəbər verir ki, Madeyra əyalətinin Funşal şəhərində yerləşən heykəl naməlum şəxs tərəfindən yandırılıb.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Qeyd edək ki, 40 yaşlı Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. O, Portuqaliya yığmasının tarixinin ən çox qol vuran futbolçusudur.