BAKI, 14 yanvar. TELEQRAF

İran, Haiti, Kot-d'İvuar və Seneqal milli komandalarının azarkeşləri ABŞ-yə giriş qadağası səbəbindən DÇ-2026-nın oyunlarını stadiondan izləyə bilməyəcəklər.

Teleqraf "Fox News"a istinadən xəbər verir ki, müvafiq vizalar yalnız futbolçular, məşqçilər və rəsmi nümayəndə heyətlərinin üzvləri üçün əlçatan olacaq. Adı çəkilən komandaların hamısı qrup mərhələsi oyunlarını məhz ABŞ şəhərlərində keçirməlidir.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.