BAKI, 8 yanvar. TELEQRAF
FIFA ofsayd aşkarlama sisteminin dəqiqliyini və vizual keyfiyyətini artırmaq üçün DÇ-2026-da iştirak edəcək bütün futbolçuların görüntülərini 3D formatında hazır edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.
Prosedur 48 milli komandanın 1248 oyunçusunu əhadə edəcək.
Qeyd edək ki, DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.