BAKI, 8 yanvar. TELEQRAF

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski klubdan ayrıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə polşalı insayder Pyotr Kozminski məlumat yayıb.

Belə ki, Polşanın “Vidzev Lodz” klubu 26 yaşlı qolkiperin xidmətlərində maraqlıdır.

Qeyd edək ki, Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl "əlcək sahibi"nin İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya Dortmund" klublarından da təklif aldığı iddia edilirdi.