BAKI, 7 yanvar. TELEQRAF

"Neftçi" ulduz futbolçusu Vensan Abubakarla yollarını ayırmağa hazırlaşır.

Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi kamerunlu hücumçunun mövsümün sonunda başa çatacağı müqaviləsinin uzadılması seçimini aktivləşdirməyəcək.

33 yaşlı oyunçu "ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidubun planlarına daxil deyil.

Daha əvvəl xəbər verdiyimiz kimi, Abubakar Braziliyanın "Vasko da Qama" klubunun maraq dairəsinə düşüb. Lakin tanınmış futbolçu karyerasını Avropada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Vensan Abubakar 2025-ci ilin oktyabrında "Neftçi"yə keçib. O, meydana çıxdığı 10 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.