BAKI, 3 yanvar. TELEQRAF

İspaniya La Liqası təmailçisi “Real Madrid” Hollandiyanın “AZ Alkmar” klubunun 19 yaşlı futbolçusu Kes Smiti heyətinə cəlb edə bilər.

Teleqraf “Defensa Central”a istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş skautu Yuni Kalafat rəhbərliyə məlumat verib.

Klubu yay fasiləsində holland yarımmüdafiəçinin qiymətini qaldırmaz və satışından imtina etməzsə, transfer Madrid təmsilçisinə 40–45 milyon avroya başa gələcək.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, cari mövsümdə Kes Smit bütün turnirlərdə 27 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.