BAKI, 31 dekabr. TELEQRAF

FIFA Dubay İdman Şurası ilə tərəfdaşlıq çərçivəsində "The Best" mükafatını əvəz edəcək yeni mükafat təqdim edəcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Dubayda keçirilən Ümumdünya İdman Sammitində qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində FIFA hər il ən yaxşı futbolçuları mükafatlandıracaq.

Bu FIFA-nın yeganə rəsmi mükafatı olacaq. Dubay ilə tərəfdaşlıq çərçivəsində ilk təqdimat mərasiminin 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, FIFA “The Best” mükafatının son qalibi Fransanın PSJ klubunun futbolçusu Usman Dembeledir.