BAKI, 26 dekabr. TELEQRAF
“Klubdan təzminat tələb edəcəyəm, amma hələ danışmamışam. May ayına qədər müqaviləm var idi”.
Bunu Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”dan gözlənilmədən istefaya göndərilən Elmar Baxşıyev eyib.
45 yaşlı mütəxəssis klubdan gedişinin özü üçün də gözlənilməz olduğunu bildirib:
“Çağırdılar ki, səninlə işləmək istəmirik. Narazıyıq. Mənə çempionluqdan danışan heç kəs yox idi. Sadəcə iddiaçılar sırasında tələb edilmişdim. Düşünürəm ki, hələ də o zonada idik. Komanda yaxşı idi, işimiz də normal davam edirdi. İncikliyim nə olacaq? Futbol həyatıdır. Amma belə olduqda demək ki, heç bir dəyərə sahib deyilsən. Belə silib atmaqla hər hansı uğura baxmırlar. Nə qədər kobud səslənsə də, göndərdilər. Komandanı formalaşdırmaq, bu səviyyəyə gətirmək böyük əziyyət tələb edir. Heç bir məşqçi yolun ortasında öz xoşu ilə getməz. Təki Allahın qarşısında həmişə haqlı olaq.”
Mütəxəssis bundan sonrakı planları barədə isə qeyd edib: “Məni Zaur Axundov kluba dəvət etmişdi. Son proseslərdə onu görmədim. Göndərəndə isə Elşən (Klubda rəsmi vəzifəsi yoxdur, Zaur Axundovun dostudur - red) özü göndərdi. Bundan sonra nə baş verəcəksə, onun üzərində plan quracağam. Zəng edən və maraqlananlar media nümayəndələridir. Məşqçi korpusu barədə məlumatım yoxdur. Bundan sonra nə edəcəklər, onu özləri bilər. Mənim orada futbolçularım var, onlara azarkeşlik edəcəyəm. Onlara uğurlar arzu edirəm, yaxşı yerlərə gəlmələrini istəyirəm. Yəqin bu, onlara da təsir edəcək.”