BAKI, 25 dekabr. TELEQRAF

"Araz-Naxçıvan" futbolçusu Qara Qarayevlə müqaviləyə xitam verib.

Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi rəhbərliklə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "Araz-Naxçıvan"ın heyətində çıxış edirdi.